XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2020 - 15:23

İranda koronavirus:pandemiya qurbanlarının sayı 19 800-ü ötdü

İranda daha 165 nəfər koronavirusun qurbanı olub.

IRNA xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 19 804 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 247 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 345 450-yə yüksəlib.

Məlumatda həmçinin 3 773 nəfərin ağır vəziyyətdə olduğu, 299 157 nəfərin isə sağaldığı vurğulanıb. (report)