XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2020 - 18:07

İsraildən BƏƏ-yə birbaşa uçuşlar həyata keçiriləcək –Benyamin Netanyahu

İsrail Səudiyyə Ərəbistanı üzərindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) birbaşa uçuşların təşkilinə hazırlaşır.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahu deyib. 

Tel-Əvivin Ben Qurion hava limanında koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırılan hava nəqliyyatı fəaliyyətinin genişləndirilməsi planları barədə məlumat verən B. Netanyahu BƏƏ ilə hava əlaqəsinin açılmasının dəqiq tarixi barədə məlumat verməyib.

Qarşıdakı həftələrdə İsrail nümayəndə heyətinin BƏƏ-yə səfəri gözlənilir.

Qeyd edək ki, İsrail və BƏƏ diplomatik münasibətlərin bərpası və sülh imzalanması barədə razılığa gəliblər. Son 70 ildə BƏƏ üçünü ərəb ölkəsidir ki, İsraillə diplomatik münasibətləri bərpa edir. (apa)