XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2020 - 23:14

Türkiyədə son sutkada koronavirusdan 22 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 21 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 74 846 şübhəli koronavirus testindən keçib, onlardan 1233-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 686 nəfər olub, 1002 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 250 542  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5996 nəfəri ölüb.

Nazir yeni yoluxan xəstələrin əsasən müalicəyə asan tabe olduğunu qeyd etsə də, infeksiyanın sürətlə yayılmasına görə ağır xəstələrin müalicəsinin çətinləşdiyini vurğulayıb. (apa)