Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 21 milyonu, ölənlərin sayının isə 773 min nəfər ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Eyni zamanda 14 564 827 nəfər sağalıb, 6 489 537 xəstənin müalicəsi davam edir.
Bununla da dünyada koronavirusa yoluxanların sayı 21 827 459 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 773 095 nəfər təşkil edir. (report)