XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 12:31

Brüsseldə ard-ardaiki partlayış

1458374960167547128_1000x669

Belçika paytaxtının Molenbek rayonunda, bir neçə saat əvvəl polisin xüsusi əməliyyatı gedişində Parisdə terror aktları törətməkdə şübhəli bilinən Salah Abdeslamın tutulduğu yerdə iki partlayış olub.

Belçikanın RTBF telekanalı hadisə yerindən çəkilmiş kadrları şərh edərək bildirir ki, partlayışların dəqiq səbəbi hələlik məlum deyil. Bu iki partlayış barədə RTL və I`Ecto da məlumat verib.

“Reuters” agentliyinin məlumatına görə, polis Brüsselin bu rayonunda daha bir şübhəlinin axtarışlarını davam etdirir. Belçikanın Baş naziri Şarl Mişel bir qədər sonra bəyanatla çıxış edərək bildirib ki, 2015-ci ilin noyabrında Parisdə törədilmiş terror aktlarında əli olmaqda şübhəli bilinən üç nəfər, o cümlədən Abdeslam Brüsseldə xüsusi əməliyyat gedişində tutulub. Fransa Prezidenti Fransua Olland ümidvar olduğunu bildirib ki, Abdeslam tezliklə Fransaya ekstradisiya ediləcək(Azərtac).