XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2020 - 17:48

Malidə hərbçilər qiyam qaldırıblar –Prezidentin istefası tələb olunur

Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar.

“Reuters” xəbər verir ki, hərbçilər odlu silaha əl atıblar.

Bildirilib ki, hərbçilər paytaxta doğru irəliləyirlər.

Qeyd edək ki, Malinin müxalifəti bu gündən etibarən geniş etiraz aksiyalarına başlamağa çağırıb. Onların tələblərindən biri ölkə başçısı İbrahim Bubakar Keytanın istefasıdır/Report.