XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 16:14

Litva parlamenti Belarusdakı seçki ilə bağlı qərar qəbul etdi:"Yeni seçki keçirilməlidir"

Litva parlamenti növbədənkənar iclasında Belarusda keçirilən prezident seçkilərini tanımayan qətnamə qəbul edib.

“Sputnik Litva” xəbər verir ki, 120 deputat bu qətnamənin lehinə səs verib, 2 nəfər bitərəf qalıb.

Məlumata görə, qətnamənin əleyhinə səs verən millət vəkili olmayıb.

Qətnamədə deputatlar Belarusda demokratik prosedura uyğun olaraq yeni seçkilərin keçirilməsini tələb edir, hətta deputatların bu məsələdə vasitəçi olmağa belə hazır olduğu vurğulanıb.

Qətnamədə həmçinin seçki saxtakarlığında və insan haqlarını pozmaqda əli olan bir sıra Belarus məmurlarına qarşı sanksiya tətbiqinə çağırış edilib. Onların Aİ-yə girişi qadağan edilməsi və hesablarının dondurulması təklif olunub/Report.