XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 19:17

Rusiya və Almaniya XİN başçıları arasında telefon danışığı olub –Nələr müzakirə olunub?

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun almaniyalı həmkarı Hayko Maas arasında telefon danışığı olub.

Xəbərə görə, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü əsasında baş tutub.

Söhbət zamanı Rusiya Prezidenti Vladimir Putinin bütün maraqlı tərəflərin narahatlıqlarını nəzərə alaraq, Fars körfəzi regionunda təhlükəsizliyin təmin edilməsi yollarını tapmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və İran liderlərinin də iştirakı ilə görüş keçirmək təşəbbüsü müzakirə olunub.

Tərəflər İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının həyata keçirilməsi üçün beynəlxalq hüquqi zəmin yaradan BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

S. Lavrov və H. Maas prezident seçkiləri kontekstində Belarusdakı son vəziyyəti də müzakirə ediblər. S. Lavrov Belarusdakı daxili siyasi proseslərə hər hansı bir xarici müdaxilənin yolverilməzliyini vurğulayıb.