XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2020 - 20:05

Rusiya ordusunun generalı həlak oldu –Suriyada

Rusiya ordusunun generalı Suriyada həlak olub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb.

Rusiya MN partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb.

Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub.

Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb/APA.