XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2020 - 23:30

Litvanın Səhiyyə naziri:"Açıq havada maska ilə gəzmək lazım gələcək"

Yaxın günlərdə açıq havada təşkil olunacaq tədbirlərdə maskaların taxılmasının məcburi hal alması üçün lazımi qərarlar hazırlanır.

Azərtac xəbər verir ki, bu sözləri Litvanın Səhiyyə naziri Aureliyus Veriqa söyləyib.

Nazirin sözlərinə görə, yeni qaydalar yaxın günlərdə hökumətə təqdim olunacaq. A.Veriqa bu cür məhdudiyyətləri bir sıra tədbirlərdə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq ediləcəyini söyləyib.

Litvalı nazir zərurət yarandığı halda tədbir iştirakçıları ilə əlaqə saxlamaq üçün onların qeydiyyatının aparılacağını da istisna etməyib.