XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2020 - 23:43

ABŞ Meksika və Kanada ilə sərhədləri açmayacaq- Bu tarixədək

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin katibi vəzifələrini icra edən Çad Vulf sentyabrın 21-nə qədər Meksika və Kanada ilə sərhədlərin açılmayacağını elan edib.

Azərtac “Travel and Leisure” jurnalına istinadla xəbər verir ki, Kanadanın İctimai Təhlükəsizlik naziri Bill Bler də ABŞ-ın cənub qərbində koronavirusa yoluxma hallarının artması səbəbindən bu qərarı dəstəklədiyini bildirib.

Buna baxmayaraq yük maşınlarının sürücüləri, tibb işçiləri və aviakompaniya ekipajlarına əvvəlki kimi sərhədi keçməyə icazə verilib. Qadağa evlərinə qayıdan amerikalılara və kanadalılara da aid edilmir.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ABŞ-da koronavirusa 5 milyon 613 min 357 yoluxma və 173 min 778 ölüm faktı qeydə alınıb, 2 milyon 974 min 788 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.