XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

19 Avqust 2020 - 00:12

Litvaya səyahət edənlər üçün qaydalar dəyişdirilib- Detallar

Litva hökuməti koronavirusa yoluxma səviyyəsinin yüksək olduğu Avropa İttifaqı ölkələrindən olan əcnəbi vətəndaşların Litvaya girişi ilə bağlı qoyduğu qadağanı ləğv edib.

Azərtac ölkə mətbuatına istinadla xəbər verir ki, bu qərar hökumətin növbədənkənar iclasında qəbul edilib.

Bildirilib ki, xaricdən ölkəyə gələn vətəndaşlar istənilən halda koronavirus üzrə test analizi verdiklərinə dair arayış təqdim etməlidirlər (testin nəticəsi neqativ olmalıdır).

Qeyd edilib ki, 100 min nəfər əhaliyə 16 yoluxma halının düşdüyü Aİ ölkələrindən Litvaya gəlmək istəyən vətəndaşlar da iki həftə ərzində ölkədə təcrid rejimində qalmalıdırlar.