XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 12:51

Rusiyada təyyarə qəzası:istintaq 2 əsas versiyanı nəzərdən keçirir

teyare qeza

Rostov-Donda aviasiya qəzasının iki əsas versiyası – pis hava şəraiti səbəbindən pilotun səhvi və ya texniki nasazlıq nəzərdən keçirilir.

Bu barədə jurnalistlərə Cənub istintaq idarəsinin rəhbəri Oksana Kovrijnaya məlumat verib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “FlyDubai” aviakompaniyası qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin sərnişinlərinin vətəndaşlıq mənsubiyyətini dəqiqləşdirib. “FZ 981” reysi ilə uçan 55 sərnişinin 44-ü Rusiya, 8-i Ukrayna, 2-si Hindistan və 1-i Özbəkistan vətəndaşıdır.

Cənub nəqliyyat prokurorluğu, həmçinin “Boeing” təyyarəsinin ekipaj komandirinin Kipr vətəndaşı olduğunu bildirib.

Xatırladaq ki, Dubay-Rostov reysini həyata keçirən “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər həlak olub.