XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2020 - 11:40

Rusiyada son sutkada 4 828 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 4 828 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 937 321 nəfərə çatıb.

Son sutka ərzində 117 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 989 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.