XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

19 Avqust 2020 - 13:46

Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib.

APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Belarus Təhlükəsizlik Şurasının iclasında deyib. 

“Qərb dövlətləri artıq bilavasitə, gizlətmədən vəsait toplandığını elan edir və onu Belarusa göndərirlər. Biz bunu görürük. Əlbəttə, bura gələn bütün vəsaitləri izləyə bilmirik, çünki vəsaitin xeyli hissəsi nağd şəkildə ölkəyə daxil olur. Ancaq biz bunu bilirik və diqqətimizi bu məsələyə yönəldəcəyik”, – deyə Aleksandr Lukaşenko bildirib.

O, Avropa İttifaqının liderlərini Belarusdakı vəziyyəti müzakirə etməməyə, öz ölkələrindəki problemlərə diqqət yetirməyə çağırıb.