XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

19 Avqust 2020 - 22:11

Rusiya Norveçə etirazını bildirib- Səbəb

Rusiya Norveçdə ticarət nümayəndəsi müavininin saxlanılması ilə bağlı həmin ölkənin hökumətinə etirazını bildirib.

“Report” xəbər verir ki, bu barədə məlumat Rusiyanın Norveçdəki səfirliyinin “Facebook” səhifəsində yer alıb.

Bildirilib ki, həmin diplomat ayın 15-də yerli vətəndaşla görüşərkən Polis Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “əsassız olaraq” saxlanılıb, üstündə axtarış aparılıb: “Diplomat statusunun pozulmasına dair Norveç Xarici İşlər Nazirliyinə etirazımızı bildirmişik”.

Bundan əvvəl Norveç Polis Təhlükəsizlik Xidməti (PST) ayın 15-də paytaxt Osloda “rusiyalı kəşfiyyatçı ilə” görüşən və “Norveçin təməl mənafelərinə xələl gətirə bilən” məlumatları xarici dövlətə ötürməkdə şübhəli bilinən 50 yaşlı bir şəxsi saxladıqlarını açıqlamışdı.

Qeyd edək ki, sözügedən ittiham irəli sürülən şəxs 15 ilədək həbs cəzasına məhkum edilə bilər.