XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

19 Avqust 2020 - 23:15

BMT baş katibi və ABŞ dövlət katibi arasında görüş keçiriləcək- İranla bağlı

BMT-nin baş katibi Anqoniu Quterreş və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında görüş keçiriləcək.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, görüş avqustun 20-si baş katibin şəxsi iqamətgahında baş tutacaq.

S.Cüjarrik bildirib ki, görüş zamanı tərəflər ABŞ-ın İrana qarşı sanksiyaları qaytarmaq niyyətini müzakirə edəcəklər.