XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2020 - 11:02

Sloveniya qonşusu Xorvatiyanı “qırmızı siyahı”ya salıb- Karantin öhdəliyi ilə bağlı

Avqustun 21-dən etibarən Sloveniya qonşusu Xorvatiyanı karantin öhdəliyi olan ölkələrin “qırmızı siyahı”sına daxil edəcək.

Hökumətin sözcüsü Yelko Kaçin bu barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, hökumət müvafiq qərarı avqustun 20-də elan edəcəkdir. Bu həftənin sonunadək Xorvatiyadan vətənə dönəcək sloven turistlərə isə iki həftəlik ev karantini tətbiq olunmayacaq. Avqustun 21-dən sonra Sloveniyaya geri dönən şəxslər mənfi test nəticələri təqdim etməli və ya iki həftəlik ev karantini öhdəliyi ilə barışmalıdırlar.

Y.Kaçin hökumət rəsmilərinin tibbi ekspertlər qrupu ilə toplantısından sonra STA agentliyinə verdiyi müsahibədə bildirib ki, Xorvatiyadakı epidemioloji vəziyyətin dramatik dərəcədə pisləşməsi artıq faktdır. Xorvatiyada hər yüz min nəfərə 40 yeni yoluxma halının düşməsi bu ölkədən gələnlərlə bağlı həyəcan təbili çalmağa əsas verir.

Hökumət rəsmisi hazırda ölkə vətəndaşlarını Xorvatiyadan geri dönməyə çağırmaqdan başqa çıxış yolu qalmadığını qeyd edib.

Rəsmi qurumların məlumatına əsasən, hazırda Xorvatiya ərazisində 160 min Sloveniya vətəndaşı var(azərtac).