ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 5,5 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 5 505 074 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 172 418 nəfəri vəfat edib.