Almaniyada son dörd ayda ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım qeydə alınıb.
Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Məlumata görə, son sutka ərzində Almaniyada 1 707 yeni yoluxma halı qeydə alınıb və indiyədək infeksiyaya yoluxanların ümumi sayı 228 621 nəfərə çatıb.
Almaniyada indiyə kimi 9 253 nəfər koronavirusdan vəfat edib/APA.