“Moskva ABŞ-ın İrana qarşı BMT Təhlükəsizlik Şurasının (TŞ) sanksiyalarını bərpa etmək niyyətini pisləyir”.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planından geri çəkildikdən sonra bu sənəddəki hər hansı bir hüququnu tamamilə itirib. Biz inanırıq ki, BMT Təhlükəsizlik Şurasının sanksiyalarını İrana qarşı istifadə etmək üçün onların hüquqi və ya siyasi əsası yoxdur. Bu, absurddur. ABŞ-ın bu hərəkətlərini pisləyirik”, – deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyaların yenidən bərpası üçün BMT-yə müraciət edəcəklərini bildirib/APA.