XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2020 - 21:39

Trampın sabiq müşaviri həbs olunub –Dələduzluq ittihamı ilə

ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri və Ağ Evin baş strateqi hesab olunan Steve Bannon dələduzluq ittihamı ilə həbs olunub.

CNBC telekanalının verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bannon üç şəriki ilə birlikdə saxlanılıb.

Məlumata görə, Bannon və digərləri ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb/APA.