XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2020 - 21:51

İtaliyada daha 845 nəfər COVİD-19-a yoluxub –Ölənlər var

İtaliyada koronavirusa gündəlik yoluxma sayı yenidən artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədə koronavirus infeksiyasına gündəlik yoluxma sayı aylar ərzində ilk dəfə rekord həddə – 845-ə çatıb.

 

Səhiyyə Nazirliyi bildirib ki, Lazio da daxil olmaqla ölkənin üç regionunda gündəlik yoluxma 100-ü keçib.

Qeyd edək ki, İtaliyada pandemiya başlayandan indiyədək 256118 nəfər infeksiyaya yoluxub, onlardan 35418 nəfəri vəfat edib.

Son sutka ərzində koronavirusa yoluxmuş 6 nəfər vəfat edib/APA.