XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2020 - 22:41

Kəşfiyyat:"Kim Çen In bəzi səlahiyyətlərini bacısına verib"

KXDR lideri Kim Çen In bacısı Kim Ye Çeni respublikanın idarə edilməsində faktiki olaraq ikinci şəxs təyin edib, həmçinin səlahiyyətlərinin bir qismini bir qrup yüksək vəzifəli şəxsə ötürüb.

Bu barədə “Renhap” Cənubi Koreya Milli Kəşfiyyat Agentliyinin məlumatına istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Pxenyanın Seul və Vaşinqtonla münasibətlərinə hazırda Şimali Koreya liderinin yaxın qohumu məsuliyyət daşıyır. Bununla yanaşı, o, Kim Çen Inın varisi kimi adlandırılmır/APA.