ABŞ Belarus hakimiyyətini cəmiyyətlə, həmçinin müxalifətin yaratdığı koordinasiya şurası ilə dialoqa çağırıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamada deyilir.
“Belarus hökumətini cəmiyyətlə, o cümlədən bu yaxınlarda yaradılan milli koordinasiya şurasının köməyi ilə fəal şəkildə dialoqa çağırırıq. Bu dialoq Belarusun gələcəyi və onun uğurları naminə xalqın tələblərini əks etdirməlidir”, – deyə açıqlamada qeyd olunub/APA.