XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 00:10

İran Prezidenti:"Biz strateji silah üzərində iş aparırıq"

Avqustun 20-si İranda müdafiə sənayesi günüdür. İranın Müdafiə Nazirliyi bu münasibətlə turbo tipli raket mühərrikini və iki yeni qanadlı ballistik raketi təqdim edib.

Azərtac xəbər verir ki, videokonfrans vasitəsilə keçirilən təqdimat mərasimində İranın Müdafiə naziri Əmir Xatəmi “Əbu Mehdi” və “Hacı Qasım” adlı raketlərin texniki və taktiki xüsusiyyətləri barədə Prezident Həsən Ruhaniyə məruzə edib. Nəzərə çatdırılıb ki, idarə olunan raketlər uzaq mənzilli hədəfləri dəqiq vurmaq imkanına malikdir.

Prezident Həsən Ruhani ölkənin hərbi sənayesində çalışanları təbrik edərək bildirib ki, İran hərbi sənayenin inkişafı sahəsində son altı ildə dünyada 23–cü yerdən 14-cü pilləyə yüksəlib. Bu isə onu deməyə əsas verir ki, İranın müdafiə sənayesinin inkişafı ölkəmizin müdafiə qabiliyyətini də gücləndirib.

Dövlət başçısı nəzərə çatdırıb ki, biz strateji silah üzərində iş aparırıq. Bu da İrana hücum etmək planlarına mane olur.

Mərasimdən sonra həmin raketlər İran Müdafiə Nazirliyinin sərəncamına verilib.