XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2020 - 10:05

Almaniya Navalnının arxasınca təyyarə göndərdi –Rusiya müxalifət liderinin ölkədən çıxarılmasını əngəlləyir

Rusiya müxalifət lideri Aleksey Navalnını Sibirdə xəstəxanadan götürmək üçün Almaniyadan təcili yardım təyyarəsi yola salınıb.

Avqustun 21-də havaya qalxan təyyarə elə həmin gün də Berlinə qayıda bilər. Bunu “dpa” agentliyinə prodüser və insan haqları fəalı Jaka Bizilj deyib. Onun sözlərinə görə, Navalnının Rusiyadan çıxarılmasıüçün gərəkən sənədlər də hazırlanıb.

“Təyyarədə həkim briqadası var və ambulansın xərcləri özəl şəkildə ödənilir”-deyə Bizilj söyləyib. Navalnı Berlindəki “Charite” xəstəxanasında müalicə olunacaq.

Amma Navalnının sözçüsü Kira Yarmış deyib ki, rusiyalı həkimlər Aleksey Navalnının Sibirdəki xəstəxanadan çıxarmağın mümkün olmadığını deyirlər, çünki vəziyyəti sabit deyil. Navalnının şübhəli zəhərlənmədən müalicə aldığı Omsk xəstəxanasının baş həkimi deyib ki,onu aparmaq olmaz. Vəziyyəti sabit deyil”.

“Alekseyin aparılmasına qadağa qoyulması onun həyatına birbaşa təhdiddir. Omskda xəstəxanada avadanlıqsız və diaqnozsuz qalmaq dəhşətlidir”, – Yarmyış yazıb.

Omskdakı 1 saylı Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Muraxovski avqustun 21-də deyib ki, Navalnının vəziyyəti azacıq yaxşılaşıb, ancaq hələ də qeydi-sabitdir.

Muraxovskının sözlərinə görə, 44 yaşlı anti-korrupsiya fəalını yerindən tərpətmək onun həyatına risk yaradar.

Navalnının həkimi Yaroslav Aşikmin isə“Meduza” portalına demişdi ki, müxalifət lideri müalicəüçün Avropaya aparılmalıdır, çünki Qərb klinikalarında onun şübhəli zəhərlənməsinə nəyin səbəb olduğunu daha yaxşı tapa bilərlər.

Ağ evin milli təhlükəsizlik müşaviri Robert OBrayn avqustun 20-də deyib ki, Kremlin tənqidçisini şübhəli zəhərlənməsi qeyri-adi dərəcədə narahatlıq yaradır və ABŞ-Rusiya münasibətlərinə təsir göstərə bilər.

“O, çox cəsarətli adamdır. Rusiya daxilində prezidentə qarşı dayanan cəsarətli siyasətçidir. Fikirlərimiz və dualarımız onunla və ailəsi ilədir”, – OBrayn “Fox News”a müsahibəsində deyib.

“Bu, həddən artıq narahatedicidir vəəgər bunun arxasında rusiyalılar dayanıbsa… biz rusiyalılarla gələcək münasibətlərimizdə bu faktoru nəzərə alacağıq”,– o vurğulayıb. (azadliq.org)