XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2020 - 15:10

“Britaniya ilə Aİ arasında razılaşma əldə etmək asan olmayacaq” –Baş müzakirəçi

“Brexit”dən sonrakı münasibətlər barədə Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında razılaşma əldə etmək asan olmayacaq.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Brexit” danışıqları üzrə baş müzakirəçisi David Frost bildirib.

“Razılaşma əldə etmək hələ də mümkündür və bu, bizim hədəfimizdir. Amma aydındır ki, buna nail olmaq asan olmayacaq”, – deyə Frost qeyd edib.

O, bu həftə səmərəli müzakirələr apardıqlarını, lakin irəliləyiş az olduğunu əlavə edib. (apa)