XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 16:38

Lukaşenko Belarusdakı qarışıqlıqda ABŞ-ı ittiham etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki gərgin vəziyyətə görə ABŞ-ı günahlandırıb.

Bu barədə məlumatı “BelTA” verib.

“Bu qarışıqlığı bizim üçün hazırlayırdılar və Rusiya da bizi itirməkdən qorxurdu. Qərb bizi Rusiyaya qarşı çevirmək istəyib. Hazırda onlar Baltik-Qara dəniz koridoru, üç Baltikyanı, biz və Ukraynadan ibarət sanitar koridor yaratmaq istəyirlər”, – prezident bildirib.

“Bütün bunları planlaşdırıb və istiqamət verən ABŞ-dır, avropalılar isə dəm tutur. Belə deyiblərsə, elə də edirlər. Bununla əlaqədar Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb. Biz nəzarət edirik, onların nə ilə məşğul olduğunu bilirik”, – A.Lukaşenko vurğulayıb. (report)