XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 21:43

Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb

“Aleksey Navalnının səhhəti bizi çox narahat edir. Rusiya hakimiyyətini Avropa İttifaqında onu müalicə almağa icazə verməyə çağırırıq. Şəffaf və hərtərəfli araşdırma gözləyirik”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nabilla Massrali bildirib.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər. (report)