XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 20:45

Kim Çen In bacısına geniş səlahiyyətlər verdi –31 yaşlı qadın ölkədə ikinci oldu

Şimali Koreyanın 47 yaşlı baqçısı Kim Çen In bacsı 31 yaşlı Kim E Çjonu öz varisi adlandırmayıb, ancaq ona yeni səlahiyyətlər verib. 

Bu barədə Cənubi Koreya kəşfiyyatı xəbər verib.

Xüsusi xidmətlərin məlumatına görə, liderin bacısı indi Cənubi Koreya ilə münasibətləri kurasiya edəcəklər. Buna qədər bacı Koreya Əmək partiyasının Mərkəzi komitəsində yüksək vəzifə alıb.

«Renxan» yazır ki, bacının faktiki olaraq, ölkədə ikinci şəxs mövqeyinə yüksəldilməsi barədə Koreya Xalq Demokratik Respublikasından rəsmi məlumat verilməyib.

AZƏRTAC isə Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR lideri hələ də ali hakimiyyətin əsas təsir imkanlarını tam əlində saxlayır.

O, həmçinin iqtisadi sahədə səlahiyyətlərinin bir hissəsini Nazirlər Kabinetinin yeni sədri Kim Dok Huna və Dövlət Şurasının sədr müavini Pak Bon Dyuya ötürüb.

Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, səlahiyyətlərin bu şəkildə bölgüsü KXDR liderinin varisinin müəyyən olunması mənasina gəlmir. (AzPolitika.info)