Son gün ərzində Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 080 nəfərə çatıb.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 203 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 255 723-ə yüksəlib. (report)