XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2020 - 12:35

Rusiyada dağılmış binada axtarış-xilasetmə işləri başa çatıb- Bütün sakinlərin aqibəti məlumdur

Rusiyanın Yaroslavl şəhərində qaz partlayışı nəticəsində dağılmış binada axtarış-xilasetmə işləri başa çatıb.

APA-nın RİA novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının rəhbəri Oleq Boçarov bildirib ki, sonuncu olaraq 8 yaşlı uşağın meyiti dağıntılar altından çıxarılıb.

O, bütün sakinlərin aqibətinin məlum olduğunu, hadisə nəticəsində 3 nəfərin öldüyünü, dörd nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını deyib.

Partlayış nəticəsində 12 mənzilə ziyan dəyib, onlardan altısı tamamilə dağılıb.