XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 14:35

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi Tehrana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə AEBA-nın baş direktoru “Twitter”də bildirib.
“Avqustun 24-də İranda təhlükəsizlik tədbirləri ilə bağlı vacib sualları İran hökuməti ilə müzakirə etmək üçün Tehrana səfər edəcəyəm. Birabaşa dialoqun səmərəli və kooperativ kanalının yaradılmasına ümid edirəm. Bu vacibdir”, o qeyd edib.
İranın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Kazem Qərib Abadi də səfər barədə danışıb.
“İran və AEBA arasında davam edən qarşılıqlı fəaliyyət və əməkdaşlığa uyğun olaraq, İranın dəvəti ilə Rafael Qrossi bu həftə İrana səfər edəcək. İran agentliyin əsas tərəfdaşlarından biridir, ümid edirik ki, bu səfər qarşılıqlı əməkdaşlığın güclənməsinə səbəb olacaq”, – iranlı diplomat “Twitter” səhifəsində qeyd edib.