XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 17:54

Cozef Bayden dörd gün ərzində 70 milyon dollar ianə toplayıb

Demokratik Partiya sıralarından ABŞ prezidenti postuna namizəd Cozef Bayden partiya qurultayının keçirildiyi dörd gün ərzində özünün seçki kampaniyasına 70 milyon dollar könüllü ianə cəlb edib.

Azərtac CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Cozef Baydenin seçki qərargahından bildirilib.

Bununla yanaşı, ötən həftə Cozef Bayden Kaliforniya ştatının senatoru Kamanla Harrisi ABŞ-ın vitse-prezidenti postuna namizədliyini irəli sürmək barədə qərarından sonra cəmi iki gün ərzində 48 milyon ianə toplamağa nail olmuşdu.

Demokratların milli qurultayı virtual rejimdə dörd gün davam edib. Tədbiri canlı yayında 122 milyon insan, o cümlədən 85,1 milyon televiziya tamaşaçısı və 35,5 milyon internet istifadəçisi izləyib.

Cozef Bayden avqustun 20-də Demokratik Partiya sıralarından ABŞ-ın ali dövlət postuna namizədliyinin irəli sürülməsinə rəsmən razılıq verib.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə planlaşdırılıb. Demokratik Partiya avqustun 18-də Cozef Baydeni ali dövlət postuna namizədliyini təsdiq edib. Bu seçkilərdə Cozef Baydenin rəqibi respublikaçıların namizədi hazırkı Prezidenti Donald Tramp olacaq.