XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2020 - 17:40

Lukaşenko:"Xüsusi təyinatlılar meydanlara çıxmaq məcburiyyətindədir"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, xüsusi təyinatlılar hazırda sərhəddə olmalıdırlar, lakin ölkənin təhlükəsizliyini təmin etmək üçün meydanlara çıxmaq məcburiyyətindədir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, o, bu barədə Qrodno şəhərində keçirilən mitinqdə deyib.

Prezident tətil edən müəssisələr barədə də danışıb: “Bazar ertəsindən nümayiş keçirən bütün müəssisələr bağlanacaq. Bundan sonra kimlərin işə dəvət edilib-edilməyəcəyi barədə qərar verəcəyik”/APA.