XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 19:08

Misir, İraq və İordaniya liderlərinin üçtərəfli sammiti keçiriləcək- Gələn həftə

Gələn həftə Əmmanda Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İraqın Baş Naziri Mustafa Kazımi və İordaniya Kralı II Abdullanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Azərtac xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, artıq üçüncü dəfə keçiriləcək sammitdə üç ölkə arasında iqtisadiyyat, ticarət və sərmayələr üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Sarayın məlumatında bildirilib ki, əvvəlki sammitlərdə olduğu kimi, bu tədbirdə də Fələstin problemi diqqət mərkəzində olacaq. Bundan başqa, Liviya və Yəməndə münaqişələrin nizamlanması məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, liderlərin bundan əvvəlki sammitləri 2019-cu ildə Qahirədə və Nyu-Yorkda keçirilib.