XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 18:54

Rusiya ilə Gürcüstan arasında aviauçuşlar nə vaxt bərpa olunacaq?- Baş nazirdən açıqlama

“Rusiya Federasiyası ilə Gürcüstan arasında aviaçuşların bərpası Rusiya Federasiyasından və hər iki ölkədəki epidemioloji vəziyyətdən asılıdır”.

Azərtac xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında söyləyib.

Hökumət başçısı deyib: “Rusiya ilə Gürcüstan arasında aviauçuşları Rusiya tərəfi dayandırıb. Uçuşların bərpası da məhz Rusiya tərəfindən asılıdır”.

Qeyd edək ki, Rusiya federasiyasının Xarici İşlər naziri Sergey Lavrov, pandemiya səbəbi ilə Gürcüstan ilə Rusiya arasında siyasi dialoqun “Karasin-Abaşidze formatı”nda tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Bununla yanaşı, o, Moskvanın Tbilisidəki vəziyyəti yaxından izlədiyini və yaxın gələcəkdə Gürcüstanla hava nəqliyyatının bərpa olunacağına ümid etdiyini söyləyib.

Gürcüstanın bir sıra vəzifəli şəxsləri, xüsusən də nazirlər Rusiya ilə aviauçuşların bərpasında maraqlı olduqlarını, lakin məsələnin həllinin bilavasitə epidemioloji vəziyyətdən asılı olduğunu bildiriblər.