Son beş ildə Türkiyə ərazisində reallaşdırılan antiterror əməliyyatları nəticəsində 8650 PKK terrorçusu zərərsizləşdirilib.
Azərtac xəbər verir ki, zərərsizləşdirilən terrorçuların sayı 2016-cı ildə 3560, ötən il 1250, bu il isə 506 nəfər təşkil edib. Onlardan 4107-i öldürülüb, 2762-si isə sağ ələ keçirilib. Könüllü təslim olan terrorçuların sayı isə 1781 nəfərdir.
Türkiyədə PKK terror təşkilatına qarşı 2016-cı ildən indiyədək 394 min 535, bu il isə 67 min 985 əməliyyat keçirilib. Son beş il ərzində saxlanılan 75 min 453 şübhəlidən 19 min 18-i həbs edilib.
PKK-ya vurulan sarsıdıcı zərbələr nəticəsində bu il ilk dəfə olaraq ölkə daxilindəki terrorçuların sayı 410-420 nəfərə düşüb.