XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2020 - 21:36

Avstraliyaya qar yağıb- FOTO

Avqustun 22-də soyuq hava kütlələri Avstraliyaya qar fırtınası, güclü külək və şaxta gətirib.

Azərtac xəbər verir ki, Avstraliya qitəsinin cənub-şərqində belə əsl qış havası on beş ildən bir müşahidə edilir. Avstraliyanın paytaxtı Kanberra şəhərində son dörd ilin ən soyuq temperaturu qeydə alınıb. Hazırda regionda havanın orta temperaturu normadan 10 dərəcə aşağıdır.

Bildirilir ki, bazar günü burada daha 20 santimetr qar yağacağı gözlənilir. Sinoptiklərin proqnozlarına görə, Yeni Cənubi Uels və Viktoriya ştatlarında şaxtalı hava bazar ertəsinədək davam edəcək.