XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Avqust 2020 - 11:54

Rusiyada koronavirus: yoluxanların sayı 960 mini ötüb

Rusiyada son sutka ərzində daha 4744 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 961 493 nəfərə çatıb.

Son sutka ərzində 65 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 448 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir. (apa)