Almaniyada koronavirus: 711 yeni yoluxma qeydə alınıb

Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 711 yeni yoluxma qeydə alınıb.
“Reuters”in verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Ölkədə indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 233575 nəfərə çatıb.
Son 24 saatda Almaniyada koronavrusdan 3 ölüm qeydə alınıb ki, bununla da indiyə qədər ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 9272 nəfərə çatıb. (apa)