XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2020 - 15:06

İranda koronavirus:daha 133 nəfər ölüb

İranda ötən sutka 133 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 20 776 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2245 nəfər koronavirusa yoluxub. Bununla İranda bu virusa yoluxanların sayı 361 150 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 311 365 nəfər koronavirusdan sağalıb. (apa)