Fransada son 24 saat ərzində COVID-19 koronavirusana yeni yoluxanların sayı 4897-yə çatıb ki, bu da cəmiyyətdə narahatlıq doğurub.
Bu haqda Fransa Baş Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, son günlər yeni koronavirusa yoluxanların sayı artmaqda davam edir. Son gün ərzində aparılan testlərin 3,6 faizi pozitiv çıxıb, halbuki ötən həftə bu rəqəm 3 faiz ətrafında olub.
Xəstəxanalarda koronavirus xəstələrinin sayı 4709-a çatıb ki, onlardan 383-ü ağır vəziyyətdə reanimasiya şöbələrindədir.
Fransada epidemiya başlayandan 20 min 2-si xəstəxanalarda olmaqla 30 513 ölüm faktı qeydə alınıb.
İyulun sonundan ölkədə ikinci dalğanın başlandığı deyilsə də, epidemiya ilə bağlı yaradılmış elmi şuranın üzvləri hələ də birinci dalğanın davam etdiyini diqqətə çatdırıblar.
Vurğulayıblar ki, qaydalara və sosial məsafəyə riayət olunmadığı üçün virus yenidən baş qaldırıb. Hələ peyvənd və dərman olmadığı xatırlandırılıb, hər kəsin taleyi öz əlində, eləcə də sosial məsafənin və maska geyinməyin vacib olduğu qeyd edilib.
Qeyd edək ki, son günlər Fransada yeni koronavirusa yoluxanların əksəriyyətinin gənclər və reanimasiya şöbələrində mart ayında olduğu kimi ağır xəstələrin olduğu bildirilir. (azertac)