XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2020 - 17:43

Özbəkistanda koronavirus:son sutkada 8 nəfər ölüb

Son gündə Özbəkistanda COVID-19 koronavirusuna 248 nəfər yoluxub və pandemiya dövründə viruslu xəstələrin sayı 38 min 946 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saatda virusdan 8 nəfər ölüb və dünyasını dəyişənlərin sayı 275 nəfər olub.

Qeyd edilir ki, xəstəxanalarda 3 min 686 xəstə var, onların 249-nun vəziyyəti ağır, 129-nun isə çox ağırdır. (azertac)