XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2020 - 21:47

“Normandiya dördlüyü” XİN başçılarının görüşü keçirilə bilər –Heiko Maas

“Normandiya dördlüyü” ölkələrinin xarici işlər nazirləri arasında sentyabr ayında görüş keçirilə bilər.

“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Heiko Maas Kiyev şəhərində ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib.

“Normandiya formatında xarici işlər nazirləri səviyyəsində sentyabr ayında görüşümüzün baş tutması üçün təkcə Paris zirvə görüşündə əldə edilənləri təkrarlamaq üçün yox, həmin qərarları necə həyata keçirmək haqqında söhbət açmaq üçün görüşəcəyimizi bütün aidiyyəti tərəflər gözəl başa düşür”, – almaniyalı nazir deyib.

Almaniyalı nazir qarşıdakı görüşün gündəliyinə “Şteinmayer düsturu”, Donbasda seçkilərin keçirilməsi, Ukrayna-Rusiya sərhədində səlahiyyət bölgüsü kimi məsələlərin daxil oluna biləcəyini də qeyd edib.

Xatırladaq ki, 2014-cü ildə Rusiyaya bağlı qeyri-rəsmi silahlı birləşmələrin Ukraynanın cənub-şərq bölgəsini işğal etmələri ilə başlayan hərbi münaqişəni həll etmək üçün yaradılan “Normandiya dördlüyü”nə Almaniya, Fransa, Ukrayna, Rusiya daxildir. (report)