XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2016 - 21:02

İsrail diplomatlarını Türkiyəyə göndərir– Son terrorla bağlı 

netanyahu

İsrail hökuməti bu gün İstanbulda baş verən terror aktı ilə bağlı bir qrup yüksək rütbəli diplomatını Türkiyəyə göndərir. Onların arasında İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Nahshon və nazirliyin baş katibi Dore Gold da var.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Tel-Əviv öz vətəndaşlarının terrorda yaralanmasından təşviş keçirdiyini və xüsusən 3 israillinin vəziyyətindən narahat olduğunu bəyan edib.

Xatırladaq ki, İstanbuldakı bugünkü terrorda 5 İsrail vətəndaşı yaralanıb.