XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2020 - 21:59

Koronavirus vaksinləri üzrə beynəlxalq tərəfdaşlığa 172 ölkə qoşulub –Gebreyesus

Bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması məqsədi daşıyan COVAX beynəlxalq mexanizminə 172 ölkə qoşulub.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.

O bildirib ki, ötən həftə bütün ölkələrə koronavirus vaksinlərinin hazırlanmasının sürətləndirilməsi üzrə tərəfdaşlığa qoşulmaq xahişi ilə məktub göndərilib: “Bu günə olan vəziyyətə görə, 172 ölkə COVAX mexanizmində iştirak edir. Biz bütün ölkələrə vaksinlərin ədalətli paylanması üçün bütün vaksin istehsalçıları ilə işləyirik”.