XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 00:07

Türkiyənin qaz yatağını kəşf etməsi gələcək idxal üçün böyük nəticələrə gətirib çıxaracaq –Hesabat

Türkiyənin Qara dənizdə qaz yatağını kəşf etməsi gələcək idxal üçün böyük nəticələrə gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bu barədə “Wood Mackenzie” konsaltinq şirkətinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Türkiyə əsasən Rusiya, Azərbaycan və İrandan boru qazının idxalından asılıdır, eyni zamanda idxalda mayeləşdirilmiş təbii qazın payı artmaqdadır.

Şirkətin kəşfiyyat və hasilat üzrə analitiki Tomas Purdi hesab edir ki, 320 milyard kubmetr qaz ehtiyatının olduğu hesab edilən yatağın kəşfi Türkiyə tarixində, eləcə də dünyada 2020-ci ildə ən böyük kəşfdir:

“Bundan əlavə, bu kəşf Bolqarıstanın bir neçə uğursuz qazma işlərindən sonra dərinsulu Qara dənizin karbohidrogen potensialını təsdiq edir”.

O, əlavə edib ki, həmin yataqda 2023-cü ilə hasilata başlamaq planları kifayət qədər ambisiyalı səslənir.

Analitikin sözlərinə görə, ehtiyatların təsdiqlənməsi üçün çoxlu sayda quyu qazmaq lazımdır:

“Bu, hələ başlanğıcdır, amma hər cür inkişaf milyardlarla dollara başa gələcək. Dərinsulu layihələr istənilən şəraitdə çətindir, amma Qara dəniz əlavə logistika problemləri yaradır. Bu, Türkiyənin “Tuna 1” yatağından cəmi 100 kilometr şimalda yerləşən, Rumıniyanın “Neptun Deep” meqalayihəsini dayandıran amillərdən biri olub”.