XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 13:00

“Ərdoğan Mursi kimi edam olunacağını düşünür” – Kılıçdaroğlu zəmanət verdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğluna xəbərdarlıq edib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, müxalif lider ölkə liderlərinə qarşı eyhamlı fikirlər səsləndirib:

“Türkiyəni elə bir vəziyyətə gətiriblər ki, Mursi kimi edam olunacaqlarını düşünürlər. Nə edirlər etsinlər, onlar edam olunmayacaqlar. Onların zəmanəti mənəm. Mursinin edamına və digər siyasi edamlara qarşıyam”.

Qeyd edək ki, Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi rəqabət və ehtiraslar qızışıb. Partiyalar arasında amansız mübarizə gedir. Siyasətçilər AKP və CHP-nin daha çox şansı olduğunu proqnozlaşdırır.